“Neftçi” ilə oyunlara daha hazırlıqlı çıxacağıq” – Şenol Günəş

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin oyunları barədə danışıb.

Komanda.az xəbər verir ki, 71 yaşlı mütəxəssis 2-ci mərhələdə Albaniya “Tirana”sını hər iki görüşdə məğlub etmələrinə (3:1, 2:0) baxmayaraq, komandasının hələ də istədiyi formada olmadığını bildirib:

“Neftçi” ilə oyunlara daha hazırlıqlı çıxacağıq. Mövsümün əvvəli olduğu üçün oyunçular ideal formadan uzaqdırlar. Ancaq getdikcə daha yaxşı vəziyyətdə oluruq. Zədəli futbolçularımız da sıraya döndükdən sonra komandamız indikindən güclü olacaq. Növbəti mərhələdə “Neftçi” ilə keçiriləcək görüşlərə bundan da yaxşı hazırlaşmalıyıq”.

“Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da İstanbulda, cavab matçı isə 17-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button