“Araz Naxçıvan” “Qəbələ” ilə oyunda xal itirdi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 23-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.

“Kəpəz-2” səfərdə “Səbail”in əvəzedicilərini minimal hesabla üstələyib. “Zaqatala” “İmişli”ni, “Neftçi-2” isə “Şamaxı-2”-ni doğma meydanda məğlub etməyi bacarıb.

Lider “Araz Naxçıvan”ın “Qəbələ”nin əvəzediciləri ilə ev oyununda qapılara qol vurulmayıb. MOİK “Turan Tovuz”un ikinci komandası ilə oyunda inamlı qələbəyə sevinib. “Sumqayıt”ın əvəzediciləri evdə “Qaradağ Lökbatan”a uduzublar. “Mingəçevir”lə “Zirə”nin ikinci komandasının görüşü isə heç-heçə yekunlaşıb.

Birinci divizion
23-cü tur
4 aprel

Səbail-2 – Kəpəz-2 1:2
Qol
: Bəşir Ayralov, 70 – Fərid Məmmədov, 2. Elnur Cəfərov, 20.
Hakimlər: Kamal Umudlu, Kərim Zeynalov, Asiman Əzizli, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 15:00.

Zaqatala – İmişli 3:1
Qol
: Elnur İbrahimov, 10. Bəhruz Teymurov, 40. Rəhman Şabanov, 68 – Tolqar Yaqubov, 58.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Anar Bədəlov, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zaqatala OİK stadionu, 15:30.

Neftçi-2 – Şamaxı-2 3:1
Qol
: Həbib İsmayılov, 7. Aqşin Abazərov, 12. Elşad Tağıyev, 22-pen. – Sadiq Hüseynli, 9.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Əkbər Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.

5 aprel

Araz Naxçıvan – Qəbələ-2 0:0
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublika stadionu, 13:00.

MOİK – Turan Tovuz-2 2:0
Qol
: İlham Allahverdiyev, 65. İsa Zeynallı, 68.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Sənan Atayev, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
Binə qəsəbə stadionu, 15:00.

Sumqayıt-2 – Qaradağ Lökbatan 1:3
Qol
: Xəzər Mahmudov, 15 – Nihad Ağayev, 57-öz qapısına. Ramin Məhərrəmli, 65. Ceyhun Muxtarlı, 82.
Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, Ruslan Quliyev, Murad Səlimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:30.

Mingəçevir – Zirə-2 1:1
Qol:
Tural Məmmədzadə, 67 – Taleh Fərmanov, 66.
Hakimlər: Əli Əliyev, Elman Kərimov, Zakir Şükürzadə, Tural İbrahimov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Emin Cəfərov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button