“Neftçi” ilə vidalaşmaq zamanıdır” – Milli üzvü

“Karyeramdakı ilklərdə ən böyük pay sahibi olan “Neftçi” ilə vidalaşmaq zamanıdır”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mert Çelik sosial şəbəkə hesabında yazıb.

2020-2023-cü illərdə icarə əsasında “Neftçi”nin formasını geyinən 23 yaşlı müdafiəçi burada keçirdiyi illəri unutmayacağını bildirib:

“Azərbaycanda çempionluq, avrokuboklarda oynamaq, əsas milliyə dəvət kimi ilkləri yaşadım. Gözəl dostluqlar qazandığım bütün komanda yoldaşlarıma, Bakıda özümü evimdəki kimi hiss etdirən klubun əməkdaşlarına, hər zaman yanımızda olduqlarını göstərən “Neftçi” azarkeşlərinə çox təşəkkür edirəm”.

Müqavilə ilə Türkiyənin “Başakşəhər” klubuna məxsus olan Mert Çelik bu ölkənin 1-ci liqa təmsilçisi “Bandırmaspor”a icarəyə verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button