
“Neftçi” ilə oyundan əvvəl baş məşqçiylə yeni müqavilə
“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan Finlandiyanın HJK klubu baş məşqçisi Toni Koskela ilə müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, 38 yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilədək nəzərdə tutulub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Koskela 2019-cu ilin mayında HJK-ya baş məşqçi təyin olunub.
Avqustun 12-də keçiriləcək HJK – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib – 2:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin