“Neftçi” ilə oyunda da qələbə üçün döyüşməliyik”
“Sabah”ın futbolçusu Hendrik Ekşteyn Azərbaycan kubokunun 1/8 finalında “Ağsu”nu məğlub etdikləri (5:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, Hendrik, matçla bağlı bunları deyib:
- Belə komandalara qarşı oynamaq asan olmur. Çünki ilk dəfədi qarşılaşırsan və bilmirsən ki, onlar sənə qarşı necə oynayacaq. Məqsədimiz növbəti mərhələyə yüksəlmək idi.
- İlk hissədə komanda çox çətinlik çəkdi. Fasilədə baş məşqçi nə dedi ki, 4 qol vura bildiz?
- Məşqçinin dediyi sözlərin böyük önəmi oldu. Dedi ki, belə komandalara qarşı daha çox qol vurmalıyıq. Bundan sonra uşaqlar daha yaxşı reaksiya verdi.
- Yeni baş məşqçiniz haqda nə düşünürsən?
- Hər yeni baş məşqçi gəldikdə nələrisə dəyişmək istəyir. Bizdə bir az çətinlik yaradır. Bu da normal haldır.
- Növbəti mərhələdəki rəqib “Qəbələ” olacaq. Nə düşünürsən?
- “Qəbələ” ilə oyun asan olmayacaq. Bilirsiz ki, son tur onlar qalib gəlib. Bizim Qəbələdəki son oyunumuz da çətin olmuşdu. Səfərə çox hazırlıqlı getməliyik.
- Komanda qısa zamanda çox oyun oynayır. Bu, yorğunluq yaratmayacaq?
- Yorğunluq ola bilər. Özümüz peşəkar yanaşmalıyıq. Sabah bizə istirahət verilib, ancaq bunu yaxşı dəyərləndirə bilərik.
- “Neftçi” ilə oyun haqda fikirlərin nədir?
- “Neftçi” Azərbaycanın ən yaxşı komandalarından biridir. Ancaq bu futboldur, qələbə üçün döyüşməliyik. Onlar kimi biz də böyük, yaxşı komandayıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin