“Neftçi” ilə oyuna ciddi hazırlaşırıq” – “Aris”in futbolçusu
Kiprin “Aris” komandasının yarımmüdafiəçisi Matiya Şpolyariç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında komandasının qarşıdakı oyunlara hazırlığını belə dəyərləndirib:
“Təlim-məşq toplanışına yaxşı başladıq və ilk yoxlama oyununda böyükhesablı qələbə qazandıq. Amma əvvəlcə avrokubok matçlarını həll etməliyik. “Neftçi” ilə matça ciddi hazırlaşırıq. Görməli olduğumuz işlər çoxdur. Əlimizdən gələni edirik. Bilirsiniz ki, yeni baş məşqçimiz var. Onun üslubuna uyğunlaşmaq üçün çox çalışmalıyıq. Oyuna hazır olmaq üçün mümkün olan hər şeyi edəcəyik”.
“Neftçi” ilə “Aris” arasındakı ilk oyun iyulun 21-də Limassolda, cavab görüşü isə 1 həftə sonra Bakıda olacaq.
Bizi Facebook-da izləyin