“Neftçi” ilə oyuna 3 xal üçün çıxmışdıq” – Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Gərgin oyuna şahidlik etdik. Futbolçularım meydanda yaxşı iş gördülər. Bu gün uda da bilərdik, uduza da. Komandama təşəkkür edirəm. Növbəti oyunlara hazırlaşacağıq. “Neftçi” də yaxşı təşkilatlanmış komandadır. Onlar da bizə təzyiq göstərdilər. Düşünürəm ki, bu gün hər iki komanda bir-birindən çəkinirdi.

Səfərdə oynayırdıq. Biz də bilirdik ki, “Neftçi”yə qarşı oynayırıq. Onlar bizdən geri olduğu üçün onları udacağıq deyə bir düşüncə yox idi. Komanda meydançada var idi və mənim istədiyimi verirdi. Komanda bu oyuna maksimum xal qazanmaq üçün çıxmışdı. Zədəli futbolçuların sayı çoxdur. Yenə də, komandam yaxşıdır. Düşünürəm ki, həm kubokda, həm də çempionatda iddialarını qoyacaqlar”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button