“Neftçi” ilə anlaşan Mutu “Rapid”dən ayrıldı – RƏSMİ

Rumıniyanın “Rapid” (Buxarest) klubu baş məşqçi Adrian Mutu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Bildirilib ki, o, artıq yeni mövsümdə komandanın baş məşqçisi olmayacaq. Klub prezidenti Daniel Nikulae bu ayrılığın səbəbini Mutunun özünə yeni yol seçməsi ilə izah edib.

Xatırladaq ki, Rumıniya mətbuatı Azərbaycan klubu “Neftçi”nin baş məşqçiliyə əsas namizədinin məhz Mutu olduğunu iddia edir. Paytaxt təmsilçisinin yaxın zamanda bu təyinatı açıqlaması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button