
“Neftçi” – HİK: Biletlər sabahdan satışda
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” və HİK (Finlandiya) komandaları arasında keçiriləcək ilk oyunun biletləri avqustun 2-də, saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri 8-ci km stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.
Avqustun 3-də, 8-ci km stadionunda keçiriləcək “Neftçi” – HİK oyunu saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin