“Neftçi” Hacıyevsiz hazırlaşır

“Neftçi” Azərbaycan Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah”la oyunun hazırlığını davam etdirir.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Səbail”lə qarşılaşmadan sonra hazırlığa fasilə verməyən “ağ-qaralar”, bu gün növbəti məşqinə çıxıb.

Aqil Məmmədovun fərdi hazırlaşdığı və Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib.

Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Martın 2-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 18:30-da başlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button