“Neftçi” Gürcüstan millisinin üzvü ilə vidalaşdı
Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” daha bir futbolçusu ilə vidalaşıb.
Komanda.az kluba istinadən xəbər verir ki, gürcüstanlı müdafiəçi Solomon Kverkveliya ilə yollar ayrılıb.
31 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Gürcüstan millisinin də üzvü olan Kverkveliyanın “ağ-qaralar”la 2024-cü ilin yayınadək sözləşməsi var idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin