“Neftçi” “Fənərbaxça”ya uduzdu
“Neftçi” bu gün “Matç TV kuboku”nda sonuncu oyununu keçirib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” yeni baş məşqçi Adrian Mutunun başçılığı altında Türkiyə təmsilçisi “Fənərbaxça” ilə üz-üzə gəlib.
“Smena” stadionunda keçirilən oyun saat 15:00-da start başlayıb. Qarşılaşma Türkiyə klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Ağ-qaralar” ilk matçda Rusiya “Zenit”inə 1:3, ardınca Serbiya “Srvena Zvezda”sına 0:4 hesabı ilə uduzmuşdu.
“Neftçi” iyulun 18-də yoldaşlıq oyununda Moskva “Spartak”ı ilə görüşəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək Bakı klubu 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
Matç TV kuboku
15 iyul
Neftçi – Fənərbaxça 0:1
Qol: Edin Dzeko, 73.
Sankt-Peterburq. “Smena” stadionu 15.00
Bizi Facebook-da izləyin