“Neftçi” futbolçusunu “Keşlə”yə göndərdi
“Neftçi” klubu yarımmüdafiəçi Fəhmin Muradbəylini icarəyə verib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Anlaşmaya əsasən, 25 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə” klubunda çıxış edəcək.
“Neftçi”nin yetirməsi olan Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində komanda ilə 94 oyunda meydana çıxıb, 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin