
“Neftçi” Emil Balayevi 5 aylıq itirdi
“Matç TV Kuboku” çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnmiş futbolçu Emil Balayevin sağlamlıq durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bu haqda məlumat verib:
“Emil Balayev Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdi. O, axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu səbəbdən qapıçımız təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin