“Neftçi” EKOL-dan güclü oldu
Bu gün “Olimpik Star”da futzal üzrə Yüskək Liqanın 27-ci turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, tura əzəli rəqiblərin dueli ilə start verilib. EKOL “Neftçi” qarşısına tam heyətlə çıxdığı halda, rəqibi ciddi irtkilərlə üzləşmişdi. Kapitan Rüfət Balakişiyev cəzalı, Vitali Borisov isə zədəli olduğuna görə komandasına kömək edə bilməyib. Əvəzində “Araz”la dueldə iştirak etməyən Vahid Şəfaye bu dəfə iş başında olub. İtkilərin fonunda EKOL favorit hesab edilsə də, gərgin keçən dueli “Neftçi” qalib başa vurub.
Turun ikinci oyununda autsayder “Yasamal” İSK ilə pley-off mərhələsində iştirak hüququ qazanmış “Xəzər Cənub” qarşılaşıb. Yeri gəlmişkən, bu “Yasamal” İSK-nın Yüksək Liqanın cari mövsümündə son oyunu olub. Rəqibinə müqavimət göstərməyə çalışan nominal meydan sahibləri məğlubiyyətdən qaça bilməyib və ilk dəfə iştirakçısı olduqları Yüksək Liqanı sonuncu pillədə başa vurub.
Bu turda “Yasamal” MFK-nın yarışdan kənarlaşdırılmasına görə 3 xalı “Liman” qazanıb.
Yüksək Liqa, 27-ci tur
27 aprel
Neftçi – EKOL 4:1
Qol: M. Katebi, 04:12, 29:23, V. Şəfaye, 28:07, E. Zamanov, 29:39 – R. Çovdarov, 27:32.
Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, Elvin Ağayev.
Olimpik Star. Saat 14:30.
Yasamal İSK – Xəzər Cənub 1:9
Qol: V. Səfərov, 23:00 – H. Rezvan, 01:53, 23:57, 29:14, R. Qalapur, 11:40, 12:33, B. Şebli, 20:32, F. Mazaheri, 22:11, 22:47, 28:31.
Hakimlər: Rahin Heybətov, Elmir Quluzadə, Vüsal Balaşov.
Olimpik Star. Saat 16:30.
Bizi Facebook-da izləyin