“Neftçi” daha bir yetirməsi ilə müqavilənin müddətini artırdı
“Neftçi” yetirməsi Fəhmin Muradbəyli ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Yeni anlaşmaya əsasən, yarımmüdafiəçi 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
25 yaşlı futbolçu 2013-2017, 2020-2021-ci illər ərzində “Neftçi”nin heyətində 85 rəsmi oyunda meydana çıxıb, 6 qola imza atıb.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl digər yetirməsi Ömər Buludovla yeni müqavilə bağlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin