“Neftçi” çətin komandadır” – “Aris”in prezidenti
“Belə bir komanda ilə üz-üzə gəlmək görünməmiş hissdir. Rəqib bir neçə titulu olan çox çətin komandadır”.
Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kiprin “Aris” klubunun prezidenti Hristakis Afanasiu püşkü dəyərləndirərkən deyib.
O, sonadək mübarizə aparacaqlarını söyləyib:
“Məqsədimiz növbəti mərhələyə çıxmaqdır. Heyətin komplektləşdirilməsi bitməyib. Bir neçə oyunçunun yolunu gözləyirik. Komandamızdan gedənlər oldu. Hücumçular, müdafiəçi və yarımmüdafiəçi almaq istəyirik”.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin