“Neftçi” bu gün “Spartak”la qarşılaşacaq

“Neftçi”nin Rusiya toplanışı başa çatmaq üzrədir.

Komanda.az xəbər verir ki, paytaxt klubu bu gün Moskvada yoxlama oyunu keçirəcək.

“Ağ-qaralar” yerli “Spartak”la üz-üzə gələcəklər. “Otkrıtiye Bank Arena”da təşkil olunacaq oyuna saat 21:00-da start veriləcək.

Komanda sabah – iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button