
“Neftçi” bu gün Polşada ilk yoxlama matçına çıxacaq
Növbəti mövsümün hazırlığını Polşada davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel”lə (Təl-Əviv) qarşılaşacaq.
Qarşılaşma saat 19:00-da başlayacaq.
“Neftçi” daha sonra Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) komandaları ilə gücünü sınayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



