“Neftçi” Bruno Teluşi ilə rəsmən vidalaşdı
“Neftçi” PFK dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə başa çatan müqaviləni yeniləməyib.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Albaniyalı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, ötən ilin oktyabrında transfer olunmuş Teluşi “Neftçi”də 9 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin