“Neftçi” Azərbaycan neftinin pullarını İsraildə göyə sovurdu

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulur.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” də növbəti oyununa çıxıb. Roberto Bordinin rəhbərlik etdiyi kollektiv İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşıb. Petah Tikvadakı “Ha Moshava” stadionunda keçirilən qarşılaşmaya saat 21:00-da start verilib. Komandalar arasında Bakıda baş tutan görüş qollu bərabərliklə bitmişdi – 2:2. Cavab matçında da İsrail təmsilçisi 2:0 önə keçib. “Neftçi” isə yalnız son saniyələrdə penaltidən təsəlli qolunu vura bilib. Hər kəsin “Neftçi”dən zəif olduğunu iddia etdiyi “Bney Yehuda” və onun baş məşqçisi Yossi Abukasis Bordinə və onun komandasına əsl futbol dərsi keçdi. Beləcə, Azərbaycan neftinin pullarını göyə sovuran “ağ-qaralar” Avroliqada mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

“Neftçi” “Bney Yehuda” səddini keçsəydi, Avropa Liqasının pley-off mərhələsində “Malmö” (İsveç) – “Jirinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaqdı. Bu komandalar arasındakı ilk oyunda “Malmö” 3:0 hesablı qələbə qazanmışdı.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu

15 avqust

Bney Yehuda (İsrail) – Neftçi 2:1
Qol: D.Jan, 14. T.Saqas, 66 – E.Mahmudov, 90+3-pen.
Baş hakim:
Daniele Doveri (İtaliya)
İlk oyun – 2:2

Bney Yehuda: 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor Elo, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon.
Baş məşqçi: Yosef Abuksis.
Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov.
Baş məşqçi: Roberto Bordin.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button