“Neftçi” beynəlxalq turnirdə 11-ci oldu

“Neftçi” klubunun U-11 komandası “Fənərbaxça” Futbol Akedamiyasının təşkilatçılığı ilə İstanbul şəhərində keçirilən Can Bartu beynəlxalq turnirində iştirak edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Mahmud Əhmədovun yetirmələri İtaliyanın “İnter” (Milan, 0:3), Türkiyənin “Altay” (4:0) və “Başakşəhər” (0:1) komandaları ilə oyunlardan sonra “B” qrupunda 3-cü olaraq 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb. Burada Sofiya ÇSKA-sına 0:4 hesabı ilə uduzan “Neftçi” Türkiyənin “Manisa” komandasına qalib gələrək (1:0) 11-ci yeri tutub.

5 ölkədən 16 komandanın yarışdığı turnirin qalibi finalda “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edən “İnter” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button