“Neftçi” Bakıya qayıdıb

FIBA Avropa Kubokunda mübarizə aparacaq “Neftçi” basketbol komandası iki həftəlik təlim-məşq toplanışından sonra Rumıniyadan Bakıya qayıdıb.

Komanda.az xəbər verir ki, sentyabrın 4-də adıçəkilən ölkəyə yollanan “ağ-qaralar” iki həftəlik hazırlıq müddəti çərçivəsində altı yoxlama oyunu keçirib. Komanda iki dəfə yerli “Korona Braşov”la, həmçinin, “CSU Sibiu”, “Tırqu Jiu”, “Arqes Pitesti” və “Styaua” ilə üz-üzə gəlib.

“Neftçi” Avropa Kubokunun I qrupunda “Kalev/Kramo” (Estoniya), “Bursaspor” (Türkiyə) və “Trefl” (Polşa) klubları ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button