“Neftçi” azarkeşlərindən “istefa” tələbi
Azərbaycan Premyer Liqasının ilk turunda “Neftçi” “Sabah”ı qəbul edir.
Komanda.az xəbər verir ki, oyuna gələn “ağ-qaralar”ın azarkeşlərinin bir qismi “Neftçi” rəhbərliyini istefaya səsləməyə başlayıb.
“Neftçimaniya” fanklubu başda olmaqla bəzi azarkeş qrupları klub prezidenti Kamran Quliyevi, idman direktoru Ceyhun Sultanovu, baş məşqçi Roberto Bordini istefaya səsləyir.
“Kamran, “Sumqayıt”a qayıt”, “Ceyhun, istefa”, “Yığın sumkanı, rədd olun, gedin” və “İstefa” şüarları səsləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin