“Neftçi” Azərbaycanın ən böyük və tarixi klubudur” – Bojoviç
“Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviç klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, monteneqrolu mütəxəssis “Neftçi” azarkeşlərini və Azərbaycan xalqını Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə təbrik edib:
“Bütün “Neftçi” azarkeşlərini və Azərbaycan xalqını Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə təbrik edirəm. Ümid edirəm ki, qarşıdan gələn 2024-cü il komandamız üçün uğurlu və düşərli olacaq. “Neftçi” Azərbaycanın ən böyük və tarixi klubudur. Bu ildə qarşıya qoyduğumuz hədəflərə birlikdə çatacağımıza inanıram. Bayramınız mübarək!”
Bojoviç dekabrın 24-də “Neftçi”nin baş məşqçisi təyin olunub. O, bu postda rumıniyalı Adrian Mutunu əvəz edib.
Bizi Facebook-da izləyin