
“Neftçi” Avropa Kubokunun müntəzəm mövsümündə çıxış edəcək
“Neftçi”nin basketbol komandası avrokubokda çıxış edəcək.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” Avropa Kubokunda (FIBA Euro Cup) mübarizə aparacaq.
Paytaxt təmsilçisi müntəzəm mövsümdə qüvvəsini sınayacaq. Azərbaycanın digər təmsilçisi “Abşeron” isə bu turnirin təsnifat mərhələsində yer alacaq.
“Neftçi” 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında gümüş medal əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



