“Neftçi” Arveladzenin transferini rəsmiləşdirdi

“Neftçi” gürcüstanlı futbolçu transfer edib.

Komanda.az-ın dünən xəbər verdiyi kimi, bu, 24 yaşlı Vaxtanq Arveladzedir.

O, ikinci hücumçu mövqeyində çıxış edir.

Qısaca “Vaxo” kimi tanınan Vaxtanq Arveladze atası Revaz Arveladze Almaniyanın “Homburq” komandasında oynayarkən həmin ölkədə doğulub. O, Türkiyədə “Kasımpaşa”nın ikinci komandasında, Polşada “Korona” klubunda legioner həyatı yaşayıb. Arveladzenin sonuncu klubu Türkiyənin “Fatih Karagümrük” komandası olub. Məşhur Şota və Arçil Arveladze qardaşları onun əmiləridir.

“Neftçi” Şota Arveladzeni baş məşqçi kimi komandaya gətirmək istəyirdi.