“Neftçi” – “Arsenal” matçının ən yaxşısı bəlli oldu

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Arsenal” (Tula) klubuna qarşı keçirdiyi cavab matçının ən yaxşıları məlum olub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə başa çatan matçın ən yaxşısı Dario Federiko olub.

“Neftçi” – “Arsenal” oyunu üçün “InStat”ın göstəricilərindən bəzilərini təqdim edirik:

Oyunun ən yaxşı indeksə malik futbolçusu: Dario Frederiko – 316

Çərçivəyə ən çox zərbə vuran: Rauf Əliyev, Dario Frederiko, Mamadu Mbodj – 1

Ən çox dəqiq ötürmə verən: Ömər Buludov – 21

İkili mübarizədən ən çox qalib ayrılan: Voyislav Stankoviç – 17

Ən çox cərimə qazandıran: Stiven Jozef-Monroz – 4

Qapıçının seyvi: 1

Səfərdə baş tutan ilk oyunda da 1:0 hesablı qələbə qazanan “Neftçi” Avroliqanın 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. “Ağ-qaralar” növbəti mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button