Əvvəlcə Rəhmanla Bordin, sonra…
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində avqustun 1-də, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Arsenal” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordinin və futbolçu Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Komanda.az xəbər verir ki, tədbir iyulun 31-də 8-ci km stadionunda keçiriləcək və saat 17:30-da başlayacaq. Konfransdan sonra, saat 18:00-da “Neftçi”nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.
Həmin gün 8-ci km stadionunda “Arsenal”ın baş məşqçisi İqor Çerevçenkonun, futbolçu Maksim Belyayevin mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 20:30-da, məşq isə saat 21:00-da başlayacaq.
“Neftçi” – “Arsenal” matçı avqustun 1-də, saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Neftçi” minimal hesablı qələbə qazanıb.
Bizi Facebook-da izləyin