“Neftçi” “Aris”lə oyuna azarkeşlərin dəstəyi ilə hazırlaşır – FOTOLAR
“Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşdığı “Aris” (Limassol) klubu ilə cavab oyununun hazırlığını davam etdirir.
Komanda.az xəbər verir ki, iyulun 21-də Kiprin Larnaka şəhərindəki “AEK Arena”da baş tutan ilk matçın ertəsi günü bərpa məşqi edən komanda birgünlük fasilədən sonra – iyulun 24-də məşqlərə başlayıb.
Bu gün növbəti hazırlıq prosesi “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutub. “Neftçi” azarkeşlərinin komandaya dəstəyi ilə keçən məşqdə əsasən toplu çalışmalar icra olunub.
Qeyd edək ki, “Neftçi” – “Aris” matçı iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin