“Neftçi” Ağasəlim Mircavadovu təbrik etdi

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, komandanın sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu 75 illik yubileyi münasibətilə təbrik edib.

Komanda.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Xatırladaq ki, 1967-1970-ci illərdə ağ-qara formanı geyinmiş Ağasəlim Mircavadov 1983-1985, 1987-ci illərdə “Neftçi”də məşqçi, 1987-1988, 1989, 2004-2006-cı illərdə isə baş məşqçi vəzifəsində çalışıb. Flaqman onun rəhbərliyi altında 2005-ci ildə Azərbaycan çempionatının, 2006-cı ildə ildə isə “Birlik kuboku”nun qalibi olub. Mircavadov 1988-ci ildə “Azərbaycanın əməkdar məşqçisi” fəxri adına, 2008-ci ildə “Şöhrət” ordeninə, 2018-ci ilin dekabrından isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button