“Neftçi” 800 manat cərimə olundu
AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələyib.
Komanda.az xəbər verir ki, Premyer Liqanın 29-cu turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimələniblər. Dörd futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat cərimə ödəməli olacaq.
Həmçinin, “Qarabağ”la qarşılaşmada 6 oyunçusu sarı vərəqə alan “Səbail” 700 manatlıq cəriməyə məruz qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin