“Neftçi” 7 futbolçu ilə yollarını ayırdı – Rəsmi

“Neftçi” klubu yeddi futbolçu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb.

Bu oyunçuların sözləşmələri yenilənməyib.

İcarə müddəti bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button