“Neftçi” 600-cü dəfə məyus oldu
“Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb.
Komanda.az xəbər verir ki, “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb.
1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar, 775 matçda 600 qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.
Ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin