
“Neftçi” 40-a çatdı
“Neftçi” Azərbaycan kubokunda 40-cı səfər qələbəsini qazanıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
“Ağ-qaralar” Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında “Sumqayıt”a qalib gəlib – 3:2.
Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.
“Neftçi” Azərbaycan kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin