Antalyaya aparılmayan Dario “Neftçi”yə qələbə qazandırdı

“Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, əvəzedicilər “Qaradağ Lökbatan”la qarşılaşıblar. “”Neftçi”nin bazasında baş tutmuş görüşdə “ağ-qaralar” 3:2 hesabı ilə qalib gəlib. “Neftçi-2”-nin qollarını Dario Federiko, Əlibəy Məmmədli və Ülvi İbrahimov vurublar.

“Neftçi-2” toplanış çərçivəsində növbəti sınaq matçını sabah MOİK-ə qarşı keçirəcək. “Neftçi”nin bazasında keçiriləcək oyun saat 13:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button