
“Neftçi-2” mükafatlandırıldı – VİDEO
Əvəzedicilər Liqasının çempionu olan “Neftçi-2” qızıl medallarına qovuşub.
Komanda.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən “Neftçi” – “Sabah” oyunundan əvvəl təşkil olunan mükafatlandırma mərasimində əvəzedici komandamızın üzvlərinə medalları “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov, Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və PFL prezidentinin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.
“Neftçi-2” 35 oyundan 86 xal toplamaqla sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin