“Neftçi” 2 futzalçı ilə anlaşıb
“Neftçi” iki futzalçı ilə anlaşıb.
Bu barədə Komanda.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb. Qasanov Rusiyanın “Norilski Nikel” komandasından gəlib.
Əvəzində üç oyunçu komandadan kənarlaşdırılıb. Nüsrət Fərzəli və Sadeq Caviditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin