
“Neftçi” 16 oyundur “Qarabağ”ı məğlub edə bilmir
“Neftçi” 16 oyundur ki, “Qarabağ”ı məğlub edə bilmir.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Derbidə ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur – 9 oyun (02.05.2023-dən indiyədək davam edir). Komandalar arasında ən uzun heç-heçə seriyası 2 dəfə qeydə alınıb – 3 oyun (12.02.1995 – 06.03.1996 və 25.11.2007 – 08.11.2008). “Neftçi”nin ən uzun qələbə seriyasından 21 il ötüb – 3 oyun (11.07.2003 – 05.12.2004).
Derbidə ən uzun qələbəsiz seriya “Neftçi”nin passivindədir – 16 oyun (19.05.2021-dən indiyədək). Ən uzun heç-heçəsiz seriya 10 oyun olub (20.09.2020 – 02.12.2022).
“Qarabağ”ın ən uzun qələbəsiz seriyaları 2 dəfə qeydə alınıb – 7 oyun (02.10.1994 – 11.12.1996, 22.08.2005 – 08.11.2008).
Ən uzun qol seriyası “Qarabağ”ın aktivindədir – 16 oyun (12.09.2021-dən indiyədək davam edir). “Neftçi”nin ən uzun qol seriyası 6 oyundan ibarətdir (11.07.2003 – 16.02.2006).
Hər iki klubun ən uzun qolsuz seriyaları 5 oyun davam edib – “Qarabağ” (16.02.2006 – 17.05.2008), “Neftçi” (26.04.2009 – 15.05.2010 və 04.05.2024 – indiyədək).
Premyer Liqanın 11-ci turunun “Qarabağ” – “Neftçi” matçı noyabrın 11-də “Azərsun Arena”da, saat 18:44-də start götürəcək.
Bizi Facebook-da izləyin


