“Neftçi” 10000 manat cərimə olundu – Azarkeşlərə görə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

7-ci turun “Zirə” – “Neftçi” oyununun 90+7-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə” klubu 500 manat cərimə edilib.

“Zirə” – “Neftçi” oyununda VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “Zirə” klubu 1000 manat cərimə edilib.

“Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.

“Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə “Neftçi” komandası 10000 manat cərimə edilib.

“Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Neftçi” klubu 5000 manat cərimə edilib.

7-ci turun “Sumqayıt” – “Turan Tovuz” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” klubu 700 manat cərimə edilib.

7-ci turun “Qəbələ” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button