“Neftçi”ni xilas etmək olar?
Rəşad Ergün
“Neftçi”nin indiki vəziyyəti mənə “Sabah”ın 3-4 il əvvəlki dövrünü xatırladır. Heyətində Azərbaycan millisinin xeyli “ulduz”u, amma ortada nə nəticə var idi, nə oyun. Yeri gəlmişkən, indi “Neftçi”də olan Ramil Şeydayev onda qara günlərini yaşayan “Sabah”ın əsas simalarından biri idi.
“Neftçi”də komanda olaraq apokalipsis yaşanır və deyəsən, Roman Qriqorçuk bunun qarşısını almaqda aciz görünür. Normalda, “Neftçi”nin əvəzedici heyəti belə, bu “Kəpəz”ə uduzmazdı.
Mövsümü tamam itirmədən radikal qərarlar vermək lazımdır. Elə həmin “Kəpəz”lə oyuna baxmaq kifayət edir: kim qaçmır, kim mübarizə aparmır və ya kim qaçmağın, mübarizə aparmağın imitasiyasını yaradır. Hələlik qurtuluş üçün bunlardan, elə bu oyundan başlamaq olar. “Neftçi”nin ölkənin iki ən böyük klubundan biri olduğunu dərk etməyən, dərk etmələri cəhənnəm, futbolçu kimi… lənət şeytana, futbolçu kimi də bir yana, insan, şəxsiyyət olaraq özünə hörmət etməyənləri kim kluba gətirib, sonra onlarla da hesablaşmaq olar.
Bizi Facebook-da izləyin