“Nefçinin futbolçusu “Spartak”la oyunu buraxacaq

“Neftçi”nin futbolçusu Alfa Konte martın 23-də Bakıda “Spartak”a (Moskva) qarşı keçiriləcək yoldaşlıq oyununu buraxacaq.

Komanda.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, buna 23 yaşlı futbolçunun Syerra Leone millisinə çağırılması səbəb olub.

Syerra Leone yığması martın 22-də Sudan, 25-də isə Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.

Alfa Konte bu ilin qışında “Neftçi”yə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button