
NBA ulduzu futbol klubunun səhmlərini aldı
NBA-nın ulduzlarından olan Kevin Durant futbol klubunun sahiblərindən biri olub.
Komanda.az xəbər verir ki, “Bruklin Nets”in basketbolçu MLS təmsilçisi “Filadelfiya Yunion”un səhmlərinin 5 faizini alıb.
Klubun mətbuat xidməti bununla bağlı rəsmi açıqlama yararaq məlumatı təsdiqləyib.
Durantın futbol klubundakı payı ən azı 16,25 milyon dollar qiymətləndirilir. Onun klubun səhmlərinin daha 5 faizini almaq hüququ olduğu vurğulanıb.
Qeyd edək ki, “Filadelfiya Yunion” 2010-ci ildən MLS-də mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin