Nazirliyin verdiyi qərardan məyus olub – Ukraynalı futbolçu
İspaniyanın “Rayo Majadahonda” klubunun ukraynalı hücumçusu Roman Zozulya Ukrayna Gənclər və İdman Nazirliyinin milli komandaların ruslar və belarusların buraxıldığı beynəlxalq yarışlarda iştirakını qadağan edən qərarını şərh edib.
Komanda.az xəbər verir ki, Zozulya sosial şəbəkə hesabında Ukrayna millisinin 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində oynamayacağına təəssüfləndiyini bildirib:
“Deyəsən, futbol komandamız Avropa çempionatının seçmə mərhələsindən çıxır”.
Ukrayna millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində artıq ilk oyununa çıxıb. Ukraynalılar səfərdə İngiltərə yığmasına 0:2 hesabı ilə uduzub. Ukrayna millisi növbəti oyununu iyunun ortalarında Şimali Makedoniya ilə keçirməlidir.
Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin