
Nazirlik 4 idman obyektinə rəhbər axtarır
Gənclər və İdman Nazirliyi 4 idman obyektində rəhbər vəzifə üzrə işə qəbul elan edib.
Komanda.az idman nazirliyinin rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, bunlar Gəncə, Lənkəran, Şəki və Şirvan Şəhər Tibbi-Bədən Tərbiyəsi dispanserləridir.
45 yaşadək olan ali təhsilli namizədlərdən minimum 5 il iş təcrübəsi (rəhbər işində olanlara üstünlük verilir) tələb olunur.
Vakansiya üçün tibb menecmenti, terapevt və travmatoloqlara üstünlük veriləcək.
Müraciət etmək istəyənlər sənədləri 30 sentyabr saat 12:00-dək müvafiq ünvana göndərməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin