
Klublar məşqlərə başlaya bilərmi? – dövlət rəsmisindən açıqlama
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov açıqlama verib.
Komanda.az xəbər verir ki, Məmmədov koronavirus pandemiyasına görə hazırda idman yarışlarının bərpası kimi məsələnin gündəmdə olmadığını bildirib:
“Azərbaycanda kütləvi tədbirlərin bərpası kiminsə iradəsindən asılı məsələ deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejimi mayın 4-dək uzadılıb.
Mən Operativ Qərargah adından deyə bilərəm ki, hazırda gündəlikdə belə bir məsələ yoxdur”. (Report)
Azərbaycan Premyer Liqası və 1-ci divizionda mövsüm martın 13-dən dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin