Nazir “Qarabağ” üçün Fransaya getdi

“Qarabağ”ın “Marsel”ə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Fransada səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov paylaşım edib.

Komanda.az xəbər verir ki, Qayıbov şəxsi “feysbuk” hesabından matçın keçiriləcəyi”Velodrom” stadionunun videosunu yayımlayıb. O, paylaşımında “Oyun günü: komandamıza uğurlar!” yazıb.

“Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu bir həftə sonra Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button