Nazir “Qarabağ” – “Lex” matçının keçiriləcəyi stadionda

Gənclər və idman naziri Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, nazir “köhlən atlar”ın Bakıda Polşa “Lex”inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa hazırlıq işləri ilə tanış olub və tövsiyələrini verib.

Ağdam klubunun vitse-prezidenti Fevzihan Araz Qayıbova zaman ayırıb, işlərlə tanış olduğu üçün təşəkkür edib.

“Qarabağ”ın “Lex”lə ilk oyunu iyulun 5-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button