Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov iyun ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda, lll Avropa Oyunlarında Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Komanda.az xəbər veirr ki, Milli Gimnastika Arenasında təşkil edilən görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Qayıbov ölkəni beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Boks, üzgüçülük, akrobatika gimnastikası, bədii gimnastika, aerobika gimnastikası, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, cüdo, atletika, pauerliftinq, stolüstü tennis, basketbol, həndbol, voleybol, karate, aşihara karate, kyokuşin karate, muaytay, kikboksinq, taekvondo idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button