Nazir media nümayəndələri ilə görüşdü

“İdman həftəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşüb.

Komanda.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə 10 televiziya kanalı, 4 agentlik, 14 xəbər portalı və 2 qəzetdən ümumilikdə 33 media nümayəndəsi iştirak edib.

Nazir Fərid Qayıbov idman jurnalistikasının idman ictmaiyyətinin bir qolu olduğunu qeyd edərək bildirib ki, idman mediamızın federasiyalar və digər idman qurumları ilə əməkdaşlığını genişləndirməsinə ehtiyac var. Bu həm idmanın təbliğatı, həm də medianın inkişafı baxımından önəmlidir.

Tədbirdə idman jurnalistikasının çətinlikləri və bu sahənin inkişaf yolları müzakirə edilib. Qarşılıqlı müzakirə formatında davam edən görüşdə idman jurnalistləri onları narahat edən məsələlər barədə danışıb və təkliflərini səsləndiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button